Баку
Barattson Biznes və Maliyyə Məktəbi - 2014-cü ildə peşəkar təhsil təminatçısı kimi öz fəaliyyətinə başlayaraq, peşəkarları beynəlxalq mühasibat və maliyyə ixtisası üzrə imtahanlara hazırlayır, kiçik və orta ölçülü müəssisələrin rəhbər və işçi heyətinə, ehtiyaclarına uyğun konsultasiya və təlim verərək onların qabiliyyət və səriştələrinin artırmalarına kömək edir. Barattson həmçinin ingilis dilinin tədrisi və standartlaşdırılmış dil və fənn imtahanları üzrə ixtisaslaşmışdır.
Əsas vəzifə öhdəlikləri:
- -Şirkətdə təlim işinin qurulması və həyata keçirilməsi;
- -Şirkət daxilində təlim və inkişaf ehtiyaclarının müəyyən edilməsi;
- -Təlim və inkişaf istiqamətində hesabatlılıq mexanizminin hazırlanması və idarə edilməsi
- -Təlim büdcəsinin hazırlaması;
- -Təlim prosedurlarının və inkişaf proqramlarının işlənib hazırlanması ;
- -Müasir üsullarla daxili təlimlərin dizayn edilməsi və keçirilməsi;
- -Təlimin effektivliyinin ölçülməsi və əməkdaşların işinə verdiyi töfhənin qiymətləndirilməsi;
- -Daxili təlimçi bazasının formalaşdırılması və idarəedilməsi;
- -Bölmələr arası rotasiyaların həyata keçirilməsi üçün əməkdaşların müvafiq təlimləndirilməsi üzrə “coach”ların təyin edilməsi;
- -Yeni əməkdaşlar üçün şirkətin missiyası, fəaliyyəti, daxili prosedurları, korporativ mədəniyyət üzrə orientasiyanın keçirilməsi;
- -Sınaq müddəti ərzində yeni əməkdaşların bölmədaxili təlim prosesinə nəzarət edilməsi;
- -Sınaq müddətində olan əməkdaşların xətti menecer ilə birgə dəyərləndirilməsi;
Əsas tələblər:
- - Ali təhsil (humanitar/iqtisadi)
- - Tələb olunan sahə üzrə ən azı 2 illik iş təcrübəsi;
- - Ənənəvi və müasir təlim metodları ilə tanışlıq;
- - Yüksək səviyyədə ünsiyyət bacarığı;
- - İdarəetmə və təşkilatçılıq qabiliyyəti;
- - Mentorluq bacarığı
- - Səlis Azərbaycan dili, ingilis dili biliyi üstünlükdür;
- - MS Office Proqramlarında peşəkar işləmək bacarığı
İş qrafki : beşgünluk, saat 09:00-18:00,
Əmək haqqı: Namizədin təcrübəsindən aslı olaraq razılaşma əsasında təyin olunacaq.
Namizədlərdən CV-lərini vacancy@barattson.com email ünvanına, mövzu hissədə mütləq vəzifənin adı “Təlim meneceri” qeyd olunmaqla göndərməkləri xahiş olunur.
CV-nin son göndərilmə tarixi: 15 Sentyabr 2022-ci il.
| Позиция | Работодатель | Период |
|---|---|---|
| İqtisadiyyat və idarəetmə kafedrasının müdiri | Azərbaycan Universiteti | 2026-04-15 - 2026-05-15 |





