Biznes analitik
Xalq Həyat Sığorta Müddət: 2025-02-05 - 2025-03-05
Baxış sayı: 244 Vakansiya № 1013116
Şəhər:

Bakı


İşin təsviri:

Şirkət daxilində icra olunan proses və prosedurların qurulmasında iştirak edilməsi;
Texniki tapşırıqların IT və digər əməkdaşlarla müzakirə edilməsi;
Tələblərin izlənilməsi;
Digər şöbələrin əməkdaşları üçün ilkin testlərin aparılması;
Biznes tələblərinə görə hesabatların hazırlanması;
Yeni funksionallığın test olunması;
Funksional spesifikasiyanın yazılması və yaradılması;
Biznes proseslərin idarəolunması və daimi şəkildə təkmilləşdirilməsi üçün faydalı hesab olunan bütün məlumatları struktur bölmələrdən əldə etmək və müvafiq tələblərin formalaşdırılmasını təmin edilməsi;
Layihələrin idarə edilməsinə dəstək;
Proqnozlaşdırma prossesində iştirak edilməsi, büdcə və layihə üzrə hesabatların hazırlanması;

Tələblər:

İnformasiya Texnologiyaları, İqtisadiyyat , Maliyyə , Menecment üzrə Bakalavr və ya Magistr dərəcəsində ali təhsil;
Analitik təfəkkür və yüksək düşünmə qabiliyyəti;
İT analitik, Biznes analitik və ya oxşar sahədə minimum 1 il iş təcrübəsi;
BI alətlər (Power BI, QlikView və s.), SQL, PL/SQL üzrə biliklərin olması;
Komandada işləmək, individual qərarlar ala bilmək və stres altında işləyə bilmək;
Biznes və texnologiyanın tələblərini anlaya bilmək;
Avtomatlaşdırılmış proseslərdə (Biznes, İT) iştirak etmiş olmaq;
Layihələrin idarəedilməsi üzrə təcrübəyə malik olmaq;
PMP sertifikatının olması arzuolunandır;
Azərbaycan dilində səlis, rus və ingilis dillərindən hər hansı birini bilmək arzuolunandır.

Qeyd: CV-lər azərbaycan dilində, “Xalq Həyat” Sığorta Şirkətinin saytında yerləşdirilmiş CV formasını doldurmaqla göndərilməlidir. Əks halda tələblərə uyğun olmayan və mail-da mövzu qismində “Biznes analitik” qeyd olunmayan "CV"-lərə baxılmayacaq.

Əlaqə vasitəsi:

E - mail: hr@xalqhayat.az   


Bu şirkətin digər vakansiyaları