Əməliyyatçı xəzinədar
Qarant Kredit Müddət: 2025-01-25 - 2025-02-26
Baxış sayı: 295 Vakansiya № 1013010
Şəhər:

Quba


İşin təsviri: 

Kreditin sistemə işlənməsi;
Ödənişlərin sistemə daxil edilməsi;
Kredit sənədlərinin düzgünlüyünə nəzarət;
Müştərilərə hesablaşma-kassa xidməti göstərmək;
Kassa dövriyyəsi haqqında hesabat hazırlamaq;
Nağd pul və digər qiymətlilərin mədaxil-məxaric edilməsi üzrə əməliyyatları həyata keçirmək;
İş gününün sonunda nağd pul vəsaitlərini həmçinin qiymətliləri saymaq və hesabatını vermək;
Nağd pul,qiymətlilərin və bir sıra sənədlərin qəbulu,təhvil-təslimi, saxlanması və qorunması üzrə əməliyyatları aparmaq;
İş gününün sonunda gün ərzində aparılan mədaxil-məxaric əməliyyatlarının hesablardan çıxarışlarla uzlaşdırmaq;
Rəhbərlik tərəfindən verilən tapşırıqları dəqiq və düzgün şəkildə icra etmək.

Tələblər:

Ali təhsil;
Azərbaycan dilində səlist danışıq qabiliyyəti (Rus və ingilis dillərinin müəyyən səviyyədə biliyi arzuolunandır)
Yaxşı ünsiyyət, rabitə və komanda ilə işləmək bacarığı;
Sərbəst və şəffaf şəkildə fikir izah etmə və nitq söyləmə bacarıqları;
İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti;
Müştərini cəlbetmə bacarığı.

Əmək haqqı: Müsahibə əsasında namizədin bilik və bacarığına əsasən təyin ediləcək;

İş vaxtı: Bazar ertəsi-Cümə günləri, 09:00-18:00, Şənbə günü (qısaldılmış iş vaxtı) 10:00-16:00;

İş yeri: Quba şəhərində yerləşir;

Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.

Əməliyyatçı Xəzinədar (Quba filialı) ) adını məktubun mövzu hissəsində göstərməklə CV-nizi hr@qarantkredit.az elektron ünvanına və ya göndərməyiniz xahiş olunur. Əks təqdirdə müraciətinizə baxılmaya bilər.