İnsan Resursları üzrə mütəxəssis
ATL Tech Müddət: 2026-09-15 - 2026-10-15
Baxış sayı: 55 Vakansiya № 1015788
Şəhər:

Bakı


“ATL Tech” olaraq İnsan Resursları fəaliyyətinin səmərəli təşkili məqsədi ilə  “İnsan Resursları üzrə mütəxəssis”   vəzifəsi üzrə namizəd axtarışındayıq.  

Vəzifə öhdəlikləri:

  • İR ilə əlaqədar  müvafiq sənədləşmə, kargüzarlıq proseslərinin həyata keçirilməsini təmin etmək;
  • Vəzifə öhdəliklərini təhlil etmək və müvafiq vakansiya elanlarının hazırlanması prosesində iştirak etmək;
  • CV-lərin ilkin seçim və qiymətləndirilməsini həyata keçirmək, uyğun namizədləri müəyyənləşdirmək;
  • Namizədlərlə müsahibələrin təşkilini və namizəd seçimi prosesini həyata keçirmək;
  • Yeni əməkdaşların işə qəbul və şirkətə adaptasiya prosesinin təşkilində iştirak etmək;
  • İşçilərin şəxsi işlərinin, əmək müqavilələrinin və digər kadr sənədlərinin hazırlanmasını təmin etmək;
  • İşə qəbul, vəzifə dəyişikliyi, məzuniyyət, xitam və digər kadr prosesləri üzrə müvafiq sənədləşmələri həyata keçirmək;
  • ƏMAS portalında əmək münasibətləri ilə bağlı müvafiq əməliyyatları həyata keçirmək;
  • İR məlumat bazasının mütəmadi olaraq yenilənməsini və düzgün idarə olunmasını təmin etmək;
  • İşçilərin davamiyyət və məzuniyyət məlumatlarının uçotunu aparmaq;
  • Müvafiq İR hesabatlarının hazırlanmasında iştirak etmək;
  • Şirkətdaxili tədbirlərin və digər İR layihələrinin təşkilində iştirak etmək;
  • İR proseslərinin təkmilləşdirilməsi və effektivliyinin artırılması istiqamətində proseslərdə rol almaq;

Tələblər:

  • Ali təhsil;
  • Azərbaycan dilində səlis şifahi və yazılı ünsiyyət bacarığı (İngilis dili biliyi arzu olunandır);
  • Microsoft Office proqramlarından sərbəst istifadə istifadə bacarığı;
  • Analitik düşünmək qabiliyyəti;
  • Aktiv və təşəbbüskar yanaşma;
  • Dəqiqlik və detallara diqqətli yanaşma; 

Müraciətlərinizi mövzu hissəsində “İnsan Resursları üzrə mütəxəssis” qeyd etməklə hr@atltech.az düyməsində qeyd olunan elektron ünvanına yönləndirə bilərsiniz.