İnsan Resursları üzrə mütəxəssis
Melissa Group
Müddət: 2026-08-21 - 2026-09-21
Baxış sayı: 84
Vakansiya № 1015713
Şəhər:
Bakı
Vəzifə öhdəlikləri
- Əmək qanunvericiliyinə uyğun olaraq, işçi hərəkətinin təmin edilməsi;
- ƏMAS portalında işə qəbul, əmək müqaviləsində müvafiq dəyişikliklər, işdən azad prosedurlarının icra edilə bilməsi;
- Məzuniyyət, intizam tənbehi, əmək qabiliyyətinin itirilməsi halları üzrə müvafiq sənəd və proseslərin icrası, koordinasiyası və izlənməsi;
- İşçilərin şəxsi işlərinin əksiksiz hazırlanması, əmək fəaliyyətindən irəli gələn dəyişikliklərin həyata keçirilməsi;
- İşçi məlumat bazasının hazırlanması, dəyişikliklərin edilməsi;
- Davamiyyət tabellərinin hazırlanması;
- Əmək qanunvericiliyini əsas tutaraq, bütün növ sənədlərin əksiksiz hazırlanması;
- İSB-də əməliyyatların icra edilməsi;
- Rəhbərliyin verdiyi digər tapşırıqların vaxtında yerinə yetirilməsi.
Namizədə bağlı tələblər
- Ali təhsil
- Yaş: 21-35
- Müvafiq sahə üzrə 1-3 il iş təcrübəsi;
- AR Əmək Qanunvericiliyi üzrə biliklər, Əmək Məcəlləsi, müvafiq normativ sənədləri bilməli;
- Elektron Hökumət portalında, İSB sistemində sərbəst işləmək bacarıqları;
- MS Office (MS Excel, MS Word, MS Outlook) və 1C 8.3 proqramlarından sərbəst istifadə qabiliyyəti;
- Kadr kargüzarlığı haqqında biliyə malik olmalı.
Əlavə qeydlər:
- İş qrafiki: 5 günlük iş həftəsi
- Əmək haqqı: 900 – 1100 AZN
- Hövsan və ətraf ərazilərdə yaşayanlara üstünlük verilir..
CV-lərinizi hr@melissagroup.az elektron poçt ünvanına "İnsan Resursları üzrə mütəxəssis" başlığı ilə göndərməyiniz xahiş olunur. Yalnız qeyd olunan tələblərə uyğun namizədlərlə əlaqə saxlanacaqdır.
Bu kateqoriyada digər vakansiyalar