İşə qəbul üzrə mütəxəssis
Fortis Group
Müddət: 2025-06-10 - 2025-07-10

Baxış sayı: 289
Vakansiya № 1014064
Şəhər:
Bakı
İşin təsviri:
- Müəssisənin istedadların cəlb edilməsi proqramını həyata keçirmək;
- İşə qəbul prosesini həyata keçirmək, işə qəbulun sürətini və keyfiyyətini təmin etmək;
- Potensial namizəd hovuzunu yaratmaq və daima yeniləmək;
- Müxtəlif sosial media platformalarından, həmkar şəbəkələrdən, tövsiyələrən istifadə edərək, potensial namizədləri vakansiyalar üzrə cəlb etmək;
- Müsahibə, test, və namizədlərin seçilməsi prosesini təmin etmək;
- Müxtəlif işə qəbul və təcrübə layihələrini təklif etmək və aparmaq;
- Müxtəlif əməkdaşlıq ideyaları irəli sürmək, fərqli universitet və təhsil ocaqları ilə əlaqələr qurmaq;
- Verilənlər bazası, namizəd izləmə və idarə edilməsi sistemləri ilə işləmək;
- Həftəlik, aylıq və rüblük hesabatları hazırlamaq;
- İşə götürmə metrikalarını izləmək;
- İşəgötürənin brendinin gücləndirilməsi üçün töhfələr vermək;
- Vəzifəsindən irəli gələn digər işləri yerinə yetirmək.
Tələblər:
- Ali təhsil (İdarəetmə, Sosiologiya,Psixologiya və ya müvafiq sahə);
- Müvafiq sahə üzrə minimum 3 (üç) il iş təcrübəsi olmalı;
- MS Office (Word, Excel) proqramlarını mükəmməl bilməli;
- Məsuliyyətli, işgüzar, ciddi, ünsiyyətcil və aktiv olmalı;
- İdarəetmə, analitik düşünmə, düzgünlük və təşkilatçılıq qabilyyəti olmalı.
Təminatlar:
- Əmək bazarında rəqabətli əməkhaqqı;
- Nahar ilə təmin edilir.
- Korporativ nömrə ilə təmin edilir.
- İş yerinə servislə çatdırılır (Bakı və Sumqayıt şəhərlərindən).
Göstərilən tələblərə cavab verən namizədlər CV-lərinin mövzu yerinə “İşə qəbul üzrə mütəxəssis” yazaraq cv@fortisgroup.az elektron poçt ünvanına göndərə bilərlər. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
Bu kateqoriyada digər vakansiyalar
Vəzifə | Şirkət | Müddət |
---|---|---|
İnsan Resursları üzrə mütəxəssis (Xaçmaz) | Yalama Aqropark MMC | 2025-07-08 - 2025-08-08 |