İşə qəbul üzrə mütəxəssis
Agro-West DC LLC
Müddət: 2026-09-24 - 2026-10-24
Baxış sayı: 74
Vakansiya № 1015808
Şəhər:
Bakı
Vəzifə öhdəlikləri;
- Namizəd axtarışı və müsahibələrin keçirilməsi;
- İş elanlarının hazırlanması və paylaşılmasına dəstək;
- Aktiv namizəd axtarışı (platformalar, tövsiyələr, sosial media);
- İlkin CV seçimi və müsahibəyə çağırılacaq namizədlərin müəyyənləşdirilməsi;
- İlkin müsahibələrin keçirilməsi və nəticələrin sənədləşdirilməsi.
Müsahibələrin planlaşdırılması və koordinasiya
- Struktur rəhbərləri ilə müsahibələrin təşkil olunması;
- Namizədlərə təsdiqlərin göndərilməsi;
- Namizədlərlə yazışmaların və zənglərin təşkili;
Proseslərin və layihələrin idarə olunması
- Mövsümi və kütləvi işə qəbul layihələrinin təşkili və icrasında iştirak;
- Təcrübə proqramları və Karyera sərgilərində iştirak;
- Sınaq müddətlərinin izlənilməsi və Təlimlərin təşkili;
- Yeni işə qəbul edilmiş əməkdaşlar üçün giriş (onboarding) və SƏTƏM təlimlərini planlaşdırılmaq, təşkil etmək, həyata keçirmək;
- Yeni əməkdaşların sınaq müddəti ərzində fəaliyyətinin izlənilməsi, struktur rəhbərləri ilə koordinasiyada qiymətləndirmə rəylərinin toplanmaq və təhlil etmək;
- Sınaq müddətinin nəticələrinə əsasən əməkdaşın işə davamı, sınaq müddətinin uzadılması və ya əmək münasibətlərinin davam etdirilməməsi ilə bağlı prosesin tamamlamaq;
Tələblər;
- Ali Təhsil
- Recruitment sahəsində minimum 1 il iş təcrübəsi;( Retail, pərakəndə və xidmət sahələrində üstünlükdür)
- Yaş həddi: maksimum 30 yaş
- Müsahibə texnikaları və metodları üzrə praktiki biliklər
- MS Office proqramları (Word, Excel) üzrə baza bilikləri
- İnkişafa yönümlü, Komandada və dinamik iş mühitdə işləmə bacarığı
- Effektiv ünsiyyət, Təhliletmə və Vaxtı düzgün idarəetmə bacarığı
- Planlama və Prioritetləri müəyyənləşdirmə bacarığı
Şəxsi keyfiyyətlər
- Stressə davamlılıq;
- Məsuliyyətlilik və dəqiqlik;
- Analitik düşüncə;
İş şəraiti;
- İş qrafiki: 5 günlük 09:00-18:00
- Əmək Haqqı: 1000 AZN
- Nahar və korporativ mobil nömrə şirkət tərəfindən təmin edilir.
- Ünvan: Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Bəşir Bünyadov küç.
Maraqlanan namizədlər öz CV-lərini hr@agrowestdc.az düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Bu kateqoriyada digər vakansiyalar