Senior Recruiter / İşə qəbul üzrə aparıcı mütəxəssis
Pizza Mizza restoranlar şəbəkəsi
Müddət: 2026-08-26 - 2026-09-26
Baxış sayı: 47
Vakansiya № 1015731
Şəhər:
Bakı
Əsas öhdəliklər
- Əməliyyat (pizzaçı, ofisiant, kuryer və s) və korporativ vəzifələr üzrə tam işə qəbul prosesini idarə etmək.
- Elan saytları, sosial media şəbəkələri və yerli resurslar vasitəsilə namizədləri cəlb etmək.
- İlkin seçim və müsahibələri keçirmək, şöbə rəhbərləri ilə müsahibə mərhələlərini koordinasiya etmək.
- Yeni filialların açılışı zamanı kütləvi işə qəbul prosesini təşkil etmək.
- Aylıq kadr ehtiyaclarını planlaşdırmaq və işçi axınının qarşısını almaq üçün Restoran Direktorları ilə sıx əməkdaşlıq etmək.
- Namizədlərin adaptasiya prosesini, tövsiyyə sorğularını və iş təklifi danışıqlarını idarə etmək.
Tələblər
- İctimai iaşə, pərakəndə satış və ya qonaqpərvərlik sahəsində işə qəbul üzrə 2+ il iş təcrübəsi.
- Həm kütləvi (xətt) heyətin, həm də ixtisaslaşdırılmış korporativ mütəxəssislərin işə götürülməsi üzrə uğurlu təcrübə.
- Azərbaycan dilini əla bilmək; Rus və İngilis dili biliyi üstünlükdür.
- Yüksək ünsiyyət, təqdimat və namizədləri qiymətləndirmə bacarıqları.
- Çoxşaxəli və sürətlə inkişaf edən mühitdə effektiv işləmək qabiliyyəti.
Təkliflərimiz
- Rəqabətqabiliyyətli əməkhaqqı və performans bonusları.
- Qida və restoran şəbəkəsində peşəkar inkişaf və karyera imkanları.
- Əməkdaşlar üçün korporativ endirimlər və mehriban komanda mühiti.
- İş yeri: "Pizza Mizza" Baş Ofisi
- İş qrafiki: həftənin 5 günü, 09:00-18:00
Maraqlanan namizədlər hr@pizzamizza.az düyməsində qeyd olunan elektron poçt ünvanına “İşə qəbul üzrə aparıcı mütəxəssis” başlığı ilə CV göndərə bilərlər. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Bu kateqoriyada digər vakansiyalar
Bu şirkətin digər vakansiyaları