Kiçik və Orta Biznes Kreditləri Mərkəzinin Satışın təşkili bölməsində əməliyyat üzrə mütəxəssis/aparıcı mütəxəssis
AzərTürkBank
Müddət: 2025-07-10 - 2025-07-31
Baxış sayı: 602
Vakansiya № 1014263
Şəhər:
Bakı
İşin təsviri:
- Müştərilərə bankın məhsul və xidmətləri haqqında məlumat vermək;
- Hüquqi və fiziki şəxslərin bank hesabları üzrə əməliyyatlar həyata keçirmək;
- Vergi, məhkəmə orqanları və DSMF tərəfindən müştərilərin hesabları ilə bağlı verilmiş sərəncamların reyestrini apararaq icrasını təşkil etmək;
- Bank fəaliyyəti ilə bağlı qüvvədə olan hüquqi normalara riayət etmək, bankın korporativ dəyərlərini mənimsəmək və müştərilərə xidməti bu çərçivədə həyata keçirmək;
- Müştəri məmnuniyyətinin əldə olunmasına çalışmaq, daha yaxşı xidmətin təşkili məqsədilə təkliflər hazırlamaq;
- Bölmənin fəaliyyətindən irəli gələn digər vəzifələri icra etmək.
Tələblər:
- Ali təhsil (Maliyyə, iqtisadiyyat, bankçılıq və s. əlaqəli ixtisaslar);
- Vəzifəyə uyğun olaraq müvafiq sahədə 1-3 il təcrübə;
- Səlis Azərbaycan dili biliyi, xarici dil biliyi arzuolunandır;
- MS Office proqramlarında işləmək bacarığı;
- Müştərilərlə yüksək ünsiyyət qurmaq və komanda tərkibində işləmək bacarığı.
Müraciət et
Bu kateqoriyada digər vakansiyalar
Bu kateqoriyada təlim və seminarlar





