Məsafədən Kredit Əməliyyatları üzrə kiçik mütəxəssis (RDC üzrə kiçik mütəxəssis)
Azərbaycan Mikro Kredit BOKT
Müddət: 2026-08-05 - 2026-09-05
Baxış sayı: 60
Vakansiya № 1015655
Şəhər:
Bakı
İş yeri - Bakı şəhəri, Səbail rayonu, Nizami 68
İş qrafiki - Növbəli iş qrafiki
Vəzifənin məqsədi
- Müştərilər tərəfindən təqdim edilən kredit müraciətlərinin daxili prosedurlara uyğun şəkildə operativ emalı, məlumatların yoxlanılması, müştəri ilə telefon əlaqəsinin qurulması və kreditin sistem üzərindən rəsmiləşdirilməsi.
Əsas vəzifələr
- Kredit müraciətlərini CRM və daxili sistem üzərindən qəbul etmək;
- Müştərinin təqdim etdiyi məlumatların düzgünlüyünü yoxlamaq;
- Müştəri ilə telefon danışığı aparmaq;
- Çatışmayan məlumat və sənədləri müəyyən etmək;
- Daxili prosedurlara əsasən sistemdə yoxlamaları həyata keçirmək;
- Müəyyən olunmuş qaydalara uyğun krediti təsdiqləmək və ya növbəti mərhələyə yönləndirmək;
- Bütün əməliyyatları CRM sistemində düzgün qeyd etmək;
- Məlumatların məxfiliyini qorumaq;
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.
Namizədə tələblər
Təhsil
- Ali və ya orta ixtisas təhsili.
Təcrübə
- İş təcrübəsi arzuolunandır.
- Bank, BOKT, Call Center və ya müştəri xidmətləri sahəsində təcrübəsi olanlara üstünlük veriləcək.
- Təcrübəsi olmayan, öyrənməyə həvəsli namizədlər də müraciət edə bilərlər.
Bilik və bacarıqlar
- Kompüterdən sərbəst istifadə bacarığı;
- Sürətli məlumat daxil etmə bacarığı;
- Microsoft Word və Excel proqramlarını bilmək arzuolunandır;
- Azərbaycan dilində sərbəst danışıq;
- Rus dili biliyi üstünlük hesab olunur;
- Diqqətlilik və məsuliyyətlilik;
- Operativ qərarvermə və çevik işləmə bacarığı;
- Komandada işləmək bacarığı.
Şəxsi keyfiyyətlər
- Gənc və enerjili;
- Dinamik iş mühitinə uyğunlaşa bilən;
- Yüksək məsuliyyət hissi;
- Dəqiqlik;
- Ünsiyyət bacarığı;
- Stressə davamlılıq;
- Öyrənməyə açıq olmaq.
Şirkət təklif edir
- Stabil iş yeri;
- Peşəkar inkişaf imkanları;
- Daxili təlimlər;
- Karyera yüksəlişi imkanı;
- Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirmə;
- Rəqabətli əməkhaqqı və motivasiya sistemi.
Maraqlanan namizədlər öz CV-lərini info@azmk.az elektron poçt ünvanına göndərə bilərlər.
Əlaqə: +994512447117
Bu kateqoriyada digər vakansiyalar
Bu kateqoriyada təlim və seminarlar



