Mikro kredit və lizinq risklərinin təhlili şöbəsi/Mütəxəssis
Birbank
Müddət: 2025-03-14 - 2025-04-14
Baxış sayı: 572
Vakansiya № 1013453
Şəhər:
Bakı
İşin təsviri:
- Mikro Biznes Departamenti tərəfindən daxil olmuş müştəri müraciətlərini təhlil edir, tələb olunan sənədləri qəbul edir və düzgünlüyünü yoxlayır;
- Mikrokreditləşmənin bankın kredit siyasətinə və daxili qaydalara uyğunluğunu yoxlayır, daxil olan sorğular üzrə müştərilərin reytinqini və seqmentini qiymətləndirir, risk göstəricilərini təhlil edir;
- Zəruri hallarda müraciətləri SQO-ya təqdim edir, müzakirələrdə iştirak edir və qərarvermə prosesində aktiv rol oynayır;
- Şöbənin fəaliyyətinin optimallaşdırılması üçün təkliflər verir, tələb olunan hesabatları hazırlayır;
- Cəlb olunmuş təcrübəçilərə və əməkdaşlara dəstək göstərir, onlarla birgə fəaliyyət aparır.
Tələblər:
- Ali təhsilə( Maliyyə sahəsi üstünlükdür);
- Müvafiq sahə üzrə ən az 1 illik təcrübəyə;
- Analitik düşünmə və problem həll etmə bacarığına;
- Maliyyə göstəricilərini oxumaq, analiz etmək və hesabatlandırmaq bacarığına;
- Kredit və lizinq əməliyyatlarında mümkün riskləri müəyyən etmək və minimallaşdırmaq bacarığına;
- Microsoft Office (Excel, Word və s.) proqramlarında işləmək bacarığına;
- Müştəriyönümlülük, təzyiq altında effektiv işləmə, inandırma və təsir etmə bacarıqlarına;
- Effektiv dinləmə və kommunikasiya bacarıqlarına sahib olmaq.
Üstünlüklər:
- İnkişaf imkanları;
- Rəqabətli əmək haqqı və bonuslar;
- Yüksək təminatlı sığorta;
- Dəstəkləyici mühit;
- Visa Premium əmək haqqı kartı;
- Korporativ endirimlər;
- Korporativ tədbirlər;
- Əlavə məzuniyyət;
- Güzəştli təhsil və işçi krediti.
Müraciət üçün link: https://hr.kapitalbank.az/account/login
Bu kateqoriyada digər vakansiyalar
Bu kateqoriyada təlim və seminarlar
| Təlim və seminar | Şirkət | Müddət |
|---|---|---|
| Bankın risk işçisi | İnternational Consulting Company | 2026-05-05 - 2026-06-02 |





