Mikro kredit və lizinq risklərinin təhlili şöbəsi/Mütəxəssis
Kapital Bank Период: 2025-03-14 - 2025-04-14
Количество просмотров: 209 Вакансия № 1013453
Город:

Баку


İşin təsviri:

  • Mikro Biznes Departamenti tərəfindən daxil olmuş müştəri müraciətlərini təhlil edir, tələb olunan sənədləri qəbul edir və düzgünlüyünü yoxlayır;
  • Mikrokreditləşmənin bankın kredit siyasətinə və daxili qaydalara uyğunluğunu yoxlayır, daxil olan sorğular üzrə müştərilərin reytinqini və seqmentini qiymətləndirir, risk göstəricilərini təhlil edir;
  • Zəruri hallarda müraciətləri SQO-ya təqdim edir, müzakirələrdə iştirak edir və qərarvermə prosesində aktiv rol oynayır;
  • Şöbənin fəaliyyətinin optimallaşdırılması üçün təkliflər verir, tələb olunan hesabatları hazırlayır;
  • Cəlb olunmuş təcrübəçilərə və əməkdaşlara dəstək göstərir, onlarla birgə fəaliyyət aparır.

Tələblər:

  • Ali təhsilə( Maliyyə sahəsi üstünlükdür);
  • Müvafiq sahə üzrə ən az 1 illik təcrübəyə;
  • Analitik düşünmə və problem həll etmə bacarığına;
  • Maliyyə göstəricilərini oxumaq, analiz etmək və hesabatlandırmaq bacarığına;
  • Kredit və lizinq əməliyyatlarında mümkün riskləri müəyyən etmək və minimallaşdırmaq bacarığına;
  • Microsoft Office (Excel, Word və s.) proqramlarında işləmək bacarığına;
  • Müştəriyönümlülük, təzyiq altında effektiv işləmə, inandırma və təsir etmə bacarıqlarına;
  • Effektiv dinləmə və kommunikasiya bacarıqlarına sahib olmaq.

Üstünlüklər:

  • İnkişaf imkanları;
  • Rəqabətli əmək haqqı və bonuslar;
  • Yüksək təminatlı sığorta;
  • Dəstəkləyici mühit;
  • Visa Premium əmək haqqı kartı;
  • Korporativ endirimlər;
  • Korporativ tədbirlər;
  • Əlavə məzuniyyət;
  • Güzəştli təhsil və işçi krediti.

    Müraciət üçün link: https://hr.kapitalbank.az/account/login

Tренинги и семинары в этой категории
Тренинг и семинар Работодатель Период
Bankın risk işçisi İnternational Consulting Company 2025-04-24 - 2025-05-09