Mikro kreditlər üzrə mütəxəssis/aparıcı mütəxəssis (Bakı və Sumqayıt filialları)
Expressbank
Müddət: 2025-11-07 - 2025-12-07
Baxış sayı: 621
Vakansiya № 1014888
Şəhər:
Bakı
Təsvir
- Kredit bazarının təhlil edilməsi və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərin cəlb olunması;
- Mikro kreditlər üzrə sifarişlərin qəbul edilməsi, kreditlərin bankın daxili prosedur və qaydalarına uyğun verilməsi və sənədləşdirilməsi üçün sənədlərin toplanması;
- Mikro kreditlərin təhlil edilməsi, maliyyə hesabatlarının hazırlanması, girovun qiymətləndirilməsi məqsədilə ilkin monitorinqin keçirilməsi;
- Kredit memorandumunun tərtib olunması və digər sənədlərlə birgə kredit komitəsinin müzakirəsinə çıxarılması üçün Qrup rəhbərinə və ya Koordinatora təqdim olunması;
- Kredit verilməsinə müsbət rəy alındıqda kredit məlumatlarını ABİS-ə daxil edilməsi üçün müvafiq əməkdaşa təqdim olunması;
- Kredit müqaviləsi və ödəniş cədvəli üzrə borcların vaxtında ödənilməsini təmin olunması;
- Müqavilə şərtlərini pozmuş müştərilərlə daimi işin aparılması və borcların ödənilməsi istiqamətində tədbirlərin görülməsi.
- Aylıq satış planlarının yerinə yetirilməsi;
- Mikro kredit sahəsi üzrə təcrübəçilərin hazırlanmasında iştirak;
- Mikro kredit sahəsi üzrə yeni cəlb edilmiş kredit işçilərinin banka uyğunlaşmasında birbaşa dəstək.
Tələblər
- Ali təhsil;
- Müvafiq sahə üzrə iş təcrübəsi;
- Təhliletmə qabiliyyəti və ünsiyyətqurma bacarığı;
- Microsoft Office proqramlarını istifadəçi səviyyəsində bilmək;
- Azərbaycan dilində sərbəst danışıq qabiliyyəti;
- Ünsiyyətqurma və komandada işləmək bacarığı.
Vakansiya haqqında
- Vakansiya növü - Tam ştat
- Təcrübə 3-4 il
- Təhsil - Bakalavr
İmtiyazlar
- Tibbi sığorta
- Bilik və bacarıqların təkmilləşdirilməsi üzrə təlimlər;
- Professional və maddi inkişaf perspektivləri
- Peşəkar korporativ mühitdə işləmək imkanı
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Bu kateqoriyada digər vakansiyalar
Bu kateqoriyada təlim və seminarlar
Bu şirkətin digər vakansiyaları





