Müştəri xidmətləri üzrə təmsilçi
Barattson Müddət: 2025-01-10 - 2025-02-11
Baxış sayı: 423 Vakansiya № 1012843
Şəhər:

Bakı


İşin təsviri:

  • Qeydiyyat mərkəzində əyləşərək bütün müraciət və zəng edənlərə tədris olunan təlimlər haqqında ətraflı və dəqiq məlumat vermək;
  • Tələbələri və “Conversation”a yaxınlaşanları dərs otaqlarına yönləndirmək;
  • Səviyyə imtahanını təşkil etmək, keçirmək, yoxlamaq, “speaking”i təşkil etmək, nəticələri şirkətin daxili sistemə əlavə etmək, nəticəni tələbəyə göndərmək, qrup təyin edilməsi üçün müvafiq əməkdaşa yönəltmək;
  • Təlimdaxili imtahanları (midterm, final və s.) təşkil etmək, yoxlamaq, test materiallarını çap etmək, “speaking”ləri təşkil etmək, nəticələri daxili sistemə əlavə etmək, tələbələri nəticələrlə bağlı məlumatlandırmaq;
  • Online dərsə qoşulan tələbələr üçün müəllimlərlə zoom otağının linkini paylaşmaq, recordları tələbələrə göndərmək;
  • Müəllim və tələbələrin davamiyyətinə nəzarət etmək və sistemə daxil etmək;
  • Tələbələrə ödənişləri ilə bağlı məlumat vermək və onların ödənişlərini sistemdə izləmək;
  • CRM faylında müvafiq işləri görmək, qeydlər aparmaq;
  • Mütəmadi olaraq ödəniş faylını işləmək, hər ayın sonu ay üzrə tamamlanmış hesabatı bölmə menecerinə göndərmək;
  • Bölmə əməkdaşını lazım olduqda əvəz etmək.

Tələblər:

  • Ali təhsil;
  • Yaş aralığı: 22-27 yaş;
  • Dil bilikləri: Azərbaycan dili -səlis, İngilis və Rus dillərini bilmək üstünlükdür;
  • Kompüter bacarıqları: “Microsoft Office” proqramlarını, xüsusilə Word, Excel, Power Point yaxşı səviyyədə bilmək;
  • Müştəri xidmətləri sahəsində ən azı 6 ay iş təcrürbəsi.

Şəxsi keyfiyyətlər:

  • Xoş ünsiyyət;
  • Səlis nitq qabiliyyəti;
  • İşə məsuliyyətlə yanaşma;
  • Insanları inandırma bacarığı;
  • Çevik işləmək bacarığı.

 

  • İş qrafiki: Altı günlük (I-V günlər saat 11:00-19:00, şənbə günü saat 10:00-16:00)
  • Əmək haqqı: 400 AZN + bonus
  • İş yeri: Barattson, Nərimanov ofisi

    Namizədlərdən CV formaların 
    vacancy@barattson.com email ünvanına, mövzu hissədə mütləq vəzifənin adı “MXT Dillər”qeyd olunmaqla göndərməkləri xahiş olunur.

Bu kateqoriyada digər vakansiyalar