Telesatış üzrə təmsilçi
Barattson Müddət: 2026-04-17 - 2026-05-17
Baxış sayı: 73 Vakansiya № 1015382
Şəhər:

Bakı


Barattson MMC “Telesatış üzrə təmsilçi” vəzifəsi üzrə vakansiya elan edir:

 

Əsas vəzifə öhdəlikləri:

  • Telefon vasitəsilə təqdim olunmuş baza əsasında potensial müraciətçilərlə əlaqə saxlamaq və onlara telefon üzərindən satış həyata keçirmək;
  • Müraciət edən şəxslərə  tədris olunan təlimlər  haqqında ətraflı və dəqiq məlumat verərək satışını təşkil etmək;
  • Müraciət edən şəxslərin məlumatlarını CRM bazasına daxil etmək;
  • Müraciətçilərin müştəriyə çevrilməsi üçün mütəmadi iş aparmaq;
  • Şöbə rəhbərinin tapşırıqlarını yerinə yetirmək.

Əsas tələblər:

  • Ali təhsil (Maliyyə, iqtisadiyyat mütləqdir);
  • Dil bilikləri: Azərbaycan dili – səlis, Rus və İngilis dillərini bilmək üstünlükdür;
  • Satış üzrə ən azı 1 il təcrübə mütləqdir.

 

Şəxsi keyfiyyətlər:

  • Xoş ünsiyyətcil, gülərüz;
  • Dinləmək qabiliyyəti;
  • Səlis nitq qabiliyyəti;
  • İnsanları inandırma bacarığı;
  • Çevik işləmək bacarığı;
  • Nizam-intizam və işinə qarşı məsuliyyətli olmaq.

 

Qrafik: 5 günlük iş həftəsi, saat 09:30–18:30;

Əmək haqqı: Namizədin bilik və təcrübəsinə uyğun olaraq tərəflər arasında razılaşdırılır.

 

Namizədlərdən CV formaların vacancy@barattson.com email ünvanına, mövzu hissədə mütləq vəzifənin adı “Telesatış üzrə təmsilçi” qeyd olunmaqla  göndərməkləri xahiş olunur.