Pərakəndə bankçılıq üzrə mütəxəssis
Bank Respublika Müddət: 2026-02-17 - 2026-03-17
Baxış sayı: 93 Vakansiya № 1015236
Şəhər:

Bakı


Təsvir

Bankın fiziki şəxs müştərilərinə pərakəndə məhsul və xidmətlər haqqında dolğun, dəqiq məlumatlar ötürmək, tövsiyələr vermək və xidmət göstərmək;

Müştərilərə cari və əmanət hesabları açmaq, hesab üzrə əməliyyatlar aparmaq və bağlamaq;

Bank kartları, Təcili Pul köçürmələri, əməliyyatlar aparmaq;

Pərakəndə bank məhsullarının çarpaz satışını həyata keçirmək;

Qayda və təlimatlara uyğun olaraq hesab üzrə müştərilərin sərəncamlarını icra etmək;

Bankın sənədlərini Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin tələblərinə uyğun qaydada tərtib etmək və rəsmiləşdirmək;

Kredit müraciətlərinin qəbulu, analizi, sənədləşdirilməsi və rəsmiləşdirilməsi;

Yeni müştərilərin cəlb olunması istiqamətində mütəmadi qaydada işin təşkili.
 

Tələblər:

Ali təhsil (maliyyə, iqtisadiyyat və biznesin idarə edilməsi üzrə təhsil arzuolunandır);

İş təcrübəsi: aidiyyatı sahə üzrə minimum 1 il iş təcrübəsi arzuolunandır;

Dil bilikləri: Azərbaycan dili mükəmməl, Rus dili biliyi arzuolunandır;

MS Office (Word, Excel, Outlook) proqramları üzrə biliklər;

Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;

Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə bacarığı;

Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi.
 

Vakansiya haqqında

Vakansiya növü Tam ştat

Təcrübə 1-2 il

Vəzifə dərəcəsi Mütəxəssis

Təhsil Bakalavr
 

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.