Premium Bankçılıq Şöbəsinin Müdiri
Unibank Kommersiya Bankı Müddət: 2025-10-17 - 2025-11-26
Baxış sayı: 84 Vakansiya № 1014788
Şəhər:

Bakı


İşin təsviri:

  • Müştərilərlə işləyən menecerlərdən ibarət komandanın yaradılması və skriptlərin, prosedurların, xidmət normalarının hazırlanması;
  • Bu seqment üçün yeni proseslərin yaradılması və mövcud proseslərin sadələşdirilməsi;
  • Məhsul komandaları ilə əməkdaşlıq edərək premium məhsulların və paketlərin hazırlanması;
  • Bazar və rəqabət mühitinin təhlili (dəyər təklifinin digər banklarla müqayisəsi);
  • Hədəf göstəricilərin müəyyənləşdirilməsi;
  • Müştəri təcrübəsinin keyfiyyətinə nəzarət (NPS, CSI);
  • Əsas VIP müştərilərlə birbaşa əlaqələrin yaradılması;
  • Partnyorlarla qarşılıqlı əməkdaşlığın qurulması;
  • Proaktiv xidmət və çarpaz satış mədəniyyətinin təşviqi;
  • Seqmentin gəlirliliyinin idarə olunması;
  • Premium Bankçılıq istiqamətinin illik gəlir və zərər xərclərinin yerinə yetirilməsi;
  • KYC/AML prosedurlarına riayət edilməsinə nəzarət.

Tələblər:

  • Ali təhsil (maliyyə, iqtisadiyyat, biznes idarəçiliyi);
  • Bankda ön ofis və ya xidmət sahəsində ən azı 6-7 il iş təcrübəsi;
  • Bank məhsullarını yaxşı bilmək;
  • Satış və premium xidmət bacarıqları;
  • Əla kommunikasiya bacarıqları, həm VIP, həm də kütləvi müştərilərlə işləmə qabiliyyəti;
  • Azərbaycan və rus dillərini mükəmməl səviyyədə, ingilis orta səviyyədə bilmək. 

    Müraciət et

Bu kateqoriyada təlim və seminarlar