Sistem Analitik (aparıcı mütəxəssis)
Bank VTB Azərbaycan
Müddət: 2025-10-03 - 2025-11-03

Baxış sayı: 220
Vakansiya № 1014724
Şəhər:
Bakı
İşin təsviri:
- Sifarişçi tələblərinin təhlili;
- Tələblərin toplanması və dəqiqləşdirilməsi üçün daxili və xarici sifarişçilərlə kommunikasiya;
- Funksional tələblərin və biznes proseslərinin modellərinin hazırlanması;
- Yeni tələblərin şirkətin mövcud biznes proseslərinə təsirinin qiymətləndirilməsi;
- Layihə sənədlərinin hazırlanması (texniki tapşırıqları, API sənədlər və təlimatlar);
- Ödəniş sistemləri tələbləri və bank məhsullarına əsaslanan layihələr üzrə həllərin hazırlanmasında və test proseslərində iştirak.
Tələblər:
- İqtisadiyyat, maliyyə, informasiya texnologiyaları və ya əlaqəli sahələr üzrə ali təhsil;
- Maliyyə xidmətləri və ya tənzimləyici layihələr sahəsində Biznes və ya sistem analitiki vəzifəsində ən azı 2 illik iş təcrübəsi ildən artıq müddətdə biznes və ya sistem analitik kimi iş təcrübəsi;
- Analitik alətlər və metodologiyalar üzrə biliklər (o cümlədən BPMN, Sequence, ER diaqramları ilə modelləşdirmə);
- Verilənlər bazası (SQL) və REST servislərinin iş prinsipləri üzrə biliklər;
- Yüksək kommunikasiya və komandada işləmək bacarıqları;
- Diqqətlilik və analitik düşünmə bacarığı.
Müraciət et
Bu kateqoriyada digər vakansiyalar
Bu şirkətin digər vakansiyaları