Sosial media meneceri (SMM və Satış üzrə)
Ram Solutions Müddət: 2025-04-15 - 2025-05-15
Baxış sayı: 142 Vakansiya № 1013675
Şəhər:

Bakı


İşin təsviri:

  • Şirkətin Instagram, TikTok, Facebook və digər sosial media hesablarının idarə olunması;
  • Kreativ məzmunun hazırlanması: post, story, video və digər vizual materialların yaradılması və paylaşılması;
  • Reklam xarakterli videoların çəkilişində iştirak etməli, video qarşısına keçməyə hazır olmalıdır;
  • Facebook Ads, Instagram Ads, TikTok Ads, Meta Business Suite üzərindən reklam kampaniyalarının qurulması və optimallaşdırılması;
  • Sosial media üzərindən gələn sorğulara operativ şəkildə cavab verilməsi;
  • Gələn sorğuların satışa çevrilməsi.

Tələblər:

  • SMM və satış sahəsində minimum 3 il iş təcrübəsi olması şərtdir. Bu tələbi ödəməyən namizədlərin müraciətlərinə baxılmayacaq;
  • Cins: Xanımlara üstünlük verilir;
  • Kreativ düşüncə və sosial mediada trend alətləri ilə işləmək bacarığı;
  • Azərbaycan dili – əla səviyyədə. İngilis və ya rus dili biliyi üstünlükdür;
  • Facebook Ads Manager, TikTok Ads, Meta Business Suite, Canva kimi alət və proqramlarla işləmə bacarığı;
  • Yüksək ünsiyyət və inandırma qabiliyyəti;
  • Məsuliyyətli, nəticəyönümlü və komandada işləmə bacarığı. 

İş yeri: Bakı Nərmanov Əhməd Rəcəbli Çinar park biznes mərkəzi

Əməkhaqqı: Sabit maaş + satışdan bonus (Ümumi gəlir minimum 1200 AZN)

Maraqlanan namizədlər öz CV-lərini ramgroupcompany@gmail.com elektron poçt ünvanına göndərə bilərlər.

Əlaqə: 055 458 16 26