Bakı
“Barattson” MMC - 2014-cü ildə peşəkar təhsil təminatçısı kimi öz fəaliyyətinə başlayaraq, peşəkarları beynəlxalq mühasibat və maliyyə ixtisası üzrə imtahanlara hazırlayır, kiçik və orta ölçülü müəssisələrin rəhbər və işçi heyətinə, ehtiyaclarına uyğun konsultasiya və təlim verərək onların qabiliyyət və səriştələrinin artırmalarına kömək edir. Barattson həmçinin ingilis dilinin tədrisi və standartlaşdırılmış dil və fənn imtahanları üzrə ixtisaslaşmışdır.
Barattson MMC Təlim və İnkişaf Meneceri vəzifəsi üzrə vakansiya elan edir:
Əsas vəzifə öhdəlikləri:
- Əməkdaşların təlim və inkişaf ehtiyaclarının müəyyən edilməsi;
- İllik təlim və inkişaf büdcəsinin hazırlanması;
- Təlim prosedurlarının və inkişaf proqramlarının işlənib hazırlanması;
- Təlimin effektivliyinin ölçülməsi və əməkdaşların işinə verdiyi töhfənin qiymətləndirilməsi;
- Daxili təlimçi bazasının formalaşdırılması və idarəedilməsi;
- Yeni əməkdaşlar üçün şirkətin missiyası, fəaliyyəti, daxili prosedurları, korporativ mədəniyyət üzrə orientasiyanın keçirilməsi;
- Sınaq müddəti ərzində yeni əməkdaşların bölmədaxili təlim prosesinə nəzarət edilməsi;
- Sınaq müddətində olan əməkdaşların xətti menecer ilə birgə dəyərləndirilməsi;
- İşə qəbul edilən yeni əməkdaşlar üçün orientasiya planının hazırlanması və müvafiq təlimlərin təşkil edilməsi;
- İşçilərin səriştə və bacarıqlarının qiymətləndirilərək onlar üçün inkişaf planının hazırlanması və davamçı yetişdirmə proqramlarının həyata keçirilməsi;
- Bölmələr arası rotasiyaların həyata keçirilməsi üçün əməkdaşların müvafiq təlimləndirilməsi üzrə “coach”ların təyin edilməsi;
- Təlimlə bağlı görülən işlər haqqında aylıq, rüblük, illik hesabatlar hazırlamaq;
- Şirkət daxilində performans İdarəetmə və fəaliyyətin qiymətləndirilməsi prosesini həyata keçirmək
- Yeni Təlimlərin və Təlim materiallarının hazırlanması
Əsas tələblər:
- Ali təhsil (humanitar/iqtisadi);
- Təlim və İnkişaf, Performans İdarəetmə Proseslərində minumum 2 il iş təcrübəsi;
- Ənənəvi və müasir təlim metodları ilə tanışlıq;
- Peşəkar ünsiyyət və təqdimetmə bacarıqlarına malik olmalı;
- İdarəetmə və təşkilatçılıq qabiliyyəti;
- Mentorluq bacarığı;
- Səlis Azərbaycan dili, rus dili və ingilis dili biliyi üstünlükdür;
- MS Office Proqramlarında peşəkar işləmək bacarığı.
Digər məlumatlar:
- İş qrafki : beş günluk, saat 09:00-18:00,
- Əmək haqqı: 800-900 AZN
Namizədlərdən CV-lərini vacancy@barattson.com email ünvanına, mövzu hissədə mütləq vəzifənin adı “Təlim və inkişaf meneceri” qeyd olunmaqla göndərməkləri xahiş olunur. CV-nin son göndərilmə tarixi: 16 dekabr 2023-cü il.
| Vəzifə | Şirkət | Müddət |
|---|---|---|
| Telesatış üzrə təmsilçi | Barattson | 2026-05-26 - 2026-06-21 |





