Qoşucu
BOS SHELF LLC Duration: 2026-08-21 - 2026-09-21
View count: 43 Vacancy № 1015710
City:

Baku


Bos Şelf MMC qoşucu vəzifəsinə əməkdaş dəvət edir.

Vəzifə öhdəlikləri

  • Bos Şelfin KSƏTƏM sistemi və qaydalarını bilmək və onlara riayət etmək;
  • Birbaşa rəhbərin göstərişlərini dəqiq yerinə yetirmək;
  • Müvafiq prosedura uyğun olaraq yükün qaldırma əməliyyatına hazırlanmasını təmin etmək;
  • Avadanlıqların işlək, zədəsiz, düzgün rəng kodlaşdırmasına uyğun və təyinatı üzrə istifadəyə yararlı olmasını təmin etmək;
  • Qüsurlu avadanlıqları təftiş və ya karantin üçün anbara təhvil vermək;
  • Qaldırılacaq yüklərin çəkisini əvvəlcədən müəyyən etmək;
  • Takelaj avadanlıqlarının yükün qaldırılması üçün uyğunluğunu təmin etmək;
  • Qaldırma əməliyyatı zamanı və əməliyyatdan sonra yüklərin Yanğın Xəttindən kənarda olmasını təmin etmək;
  • Yüklərin, qaldırıcı tirlərin və avadanlıqların endirilmə zamanı lazımi qaydada bərkidilməsini təmin etmək;
  • Yellənən yükün heç bir halda əllə dayandırılmasına yol verməmək;
  • Metal ucluqların yükün qaldırılması üçün düzgün ölçüdə olmasını və maksimal nəzarət üçün düzgün nöqtələrə bərkidilməsini təmin etmək;
  • Bütün qaldırma əməliyyatlarında əllərin istifadəsini tələb etməyən təhlükəsiz qaldırma texnikalarından istifadə etmək;
  • Bütün yükqaldırma əməliyyatlarından əvvəl təhlükəsizlik sədlərinin qurulmasını təmin etmək.

Namizədə tələblər

  • Fövqəladə Hallar Nazirliyinin müvafiq sertifikatına malik olmaq;
  • Müvafiq qurumlar tərəfindən tanınan, beynəlxalq standartlara və akkreditasiyalara uyğun təlim mərkəzləri tərəfindən verilmiş qüvvədə olan sertifikata malik olmaq (LEEA, AITT və s.);
  • Müvafiq iş təcrübəsinə malik olmaq.

Müraciət qaydası

Uyğun namizədlərdən anket formalarını mövzu hissədə  Qoşucu qeyd etməklə  hr@bos-shelf.com elektron poçt ünvanına göndərmələri xahiş olunur: