Qoşucu
BOS SHELF LLC
Период: 2026-08-21 - 2026-09-21
Количество просмотров: 43
Вакансия № 1015710
Город:
Баку
Bos Şelf MMC qoşucu vəzifəsinə əməkdaş dəvət edir.
Vəzifə öhdəlikləri
- Bos Şelfin KSƏTƏM sistemi və qaydalarını bilmək və onlara riayət etmək;
- Birbaşa rəhbərin göstərişlərini dəqiq yerinə yetirmək;
- Müvafiq prosedura uyğun olaraq yükün qaldırma əməliyyatına hazırlanmasını təmin etmək;
- Avadanlıqların işlək, zədəsiz, düzgün rəng kodlaşdırmasına uyğun və təyinatı üzrə istifadəyə yararlı olmasını təmin etmək;
- Qüsurlu avadanlıqları təftiş və ya karantin üçün anbara təhvil vermək;
- Qaldırılacaq yüklərin çəkisini əvvəlcədən müəyyən etmək;
- Takelaj avadanlıqlarının yükün qaldırılması üçün uyğunluğunu təmin etmək;
- Qaldırma əməliyyatı zamanı və əməliyyatdan sonra yüklərin Yanğın Xəttindən kənarda olmasını təmin etmək;
- Yüklərin, qaldırıcı tirlərin və avadanlıqların endirilmə zamanı lazımi qaydada bərkidilməsini təmin etmək;
- Yellənən yükün heç bir halda əllə dayandırılmasına yol verməmək;
- Metal ucluqların yükün qaldırılması üçün düzgün ölçüdə olmasını və maksimal nəzarət üçün düzgün nöqtələrə bərkidilməsini təmin etmək;
- Bütün qaldırma əməliyyatlarında əllərin istifadəsini tələb etməyən təhlükəsiz qaldırma texnikalarından istifadə etmək;
- Bütün yükqaldırma əməliyyatlarından əvvəl təhlükəsizlik sədlərinin qurulmasını təmin etmək.
Namizədə tələblər
- Fövqəladə Hallar Nazirliyinin müvafiq sertifikatına malik olmaq;
- Müvafiq qurumlar tərəfindən tanınan, beynəlxalq standartlara və akkreditasiyalara uyğun təlim mərkəzləri tərəfindən verilmiş qüvvədə olan sertifikata malik olmaq (LEEA, AITT və s.);
- Müvafiq iş təcrübəsinə malik olmaq.
Müraciət qaydası
Uyğun namizədlərdən anket formalarını mövzu hissədə Qoşucu qeyd etməklə hr@bos-shelf.com elektron poçt ünvanına göndərmələri xahiş olunur:
Другие вакансии в этой категории
Другие вакансии этого работодателя