Debitor borclar üzrə mütəxəssis
Supertoys Müddət: 2026-11-02 - 2026-12-02
Baxış sayı: 64 Vakansiya № 1015926
Şəhər:

Bakı


Supertoys komandamıza Sədərək filialında çalışmaq üçün məsuliyyətli, analitik düşünmə qabiliyyətinə malik və maliyyə sahəsində təcrübəli Debitor borclar üzrə mütəxəssis axtarırıq.

İş yeri: Sədərək

Əməkhaqqı: 1 000 AZN

Əsas vəzifə öhdəlikləri

  • Debitor borcların mütəmadi izlənilməsi, həftəlik borclanma barədə məlumatlandırmanın aparılması və borcların yaşlandırılması (Aging) hesabatının hazırlanması;
  • Satış komandasının debitor borclar, ödəniş statusları və müqavilə şərtləri barədə həftəlik və aylıq məlumatlandırılması;
  • Debitor borclar üzrə ödənişlərin təmin edilməsi və daxilolmaların müvafiq əməkdaşlarla operativ koordinasiyası;
  • Gecikmiş borclarla bağlı risklərin qiymətləndirilməsi, müvafiq tədbirlərin təklif edilməsi və icrasının təmin olunması;
  • Reallaşdırılmış satışlar üzrə elektron qaimələrin düzgün tərtib edilməsinə nəzarət;
  • İşlərin müəyyən edilmiş son icra müddətlərinə (deadline) uyğun tamamlanması və komanda daxilində iş prosesinin koordinasiyası;
  • Çatışmazlıqlar, uyğunsuzluqlar və potensial maliyyə riskləri barədə müvafiq departamentlərin məlumatlandırılması;
  • Müştərilərlə aylıq və ya rüblük üzləşmələrin aparılması və nəticələrin təhlili;
  • Problemli, şübhəli və ümidsiz debitor borcların müəyyənləşdirilməsi və müvafiq hesabatların hazırlanması.

Namizədə tələblər

  • İqtisadiyyat və ya maliyyə sahəsi üzrə ali təhsil;
  • Müvafiq sahədə minimum 1 il iş təcrübəsi;
  • Vergi və elektron qaimə-faktura əməliyyatları üzrə bilik və araşdırma aparmaq bacarığı;
  • Yüksək analitik düşünmə və təhlil bacarığı;
  • MS Excel proqramında sərbəst işləmək, xüsusilə məlumatların təhlili üçün əsas funksiyalardan istifadə etmək bacarığı;
  • Məsuliyyətlilik, diqqətlilik və detallara həssas yanaşma;
  • Komanda ilə effektiv kommunikasiya və vaxtın düzgün idarə edilməsi bacarığı.

CV-lərinizi mövzu hissəsində “Debitor borclar üzrə mütəxəssis” qeyd etməklə ilahe.yusifova@supertoys.az elektron poçt ünvanına göndərə bilərsiniz.