İnsan resursları üzrə menecer
Superfon Müddət: 2026-07-29 - 2026-08-29
Baxış sayı: 55 Vakansiya № 1015638
Şəhər:

Bakı


Vəzifənin məqsədi: 

  • Şirkətin strateji məqsədlərinə uyğun insan resurslarının planlaşdırılmasını təmin etmək, peşəkar kadrların cəlb olunmasını, inkişaf etdirilməsini və saxlanılmasını təşkil etmək, əmək münasibətlərinin qanunvericiliyə uyğun idarə edilməsini həyata keçirmək.

Vəzifə öhdəlikləri:

  • Vakansiyaların müəyyən edilməsi və işə qəbul prosesinin təşkili;
  • İş elanlarının hazırlanması və yerləşdirilməsi;
  • Namizədlərin seçilməsi, müsahibələrin təşkili və qiymətləndirilməsi;
  • Yeni işçilərin adaptasiya proqramının həyata keçirilməsi;
  • İşçilərin fəaliyyətinin qiymətləndirilməsi prosesində iştirak;
  • Korporativ tədbirlərin təşkilində dəstək;
  • Şirkətin daxili intizam qaydalarına riayət olunmasına nəzarət;
  • Vakansiyalar, işçi dövriyyəsi, adaptasiya və digər göstəricilər üzrə statistik məlumatların və hesabatların hazırlanması;
  • Rəhbərliyin tapşırıqlarının vaxtında və keyfiyyətlə icrası.

Tələblər:

  • Ali təhsil (İnsan Resursları, İdarəetmə, Hüquq, Psixologiya və ya digər uyğun ixtisaslar);
  • İnsan resursları sahəsində minimum 3-5 il iş təcrübəsi;
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsini yaxşı bilmək;
  • MS Office proqramlarında sərbəst işləmək bacarığı;
  • Ünsiyyət, danışıqlar aparmaq və təşkilatçılıq bacarığı;
  • Analitik düşünmə və məsuliyyətlilik;
  • Komandada işləmək bacarığı;
  • Şirkətə məxsus mağazalara planlı və müntəzəm ziyarətlərin həyata keçirilmək;
  • İşçi heyəti ilə yerində görüşlərin keçirilməsi, problemlərin və ehtiyacların müəyyən etmək;
  • Ziyarət nəticələri üzrə hesabatların hazırlanması və rəhbərliyə təqdim etmək;
  • Ezamiyyətlərə açıq olmaq;
  • Şəxsi avtomobilinin olması;
  • Satış sahəsində təcrübə üstünlükdür;
  • Rus və ya ingilis dili üstünlükdür;
  • Bəy namizədlər tələb olunur.

Təminatlar:

  • 5 günlük iş qrafiki;
  • Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
  • Karyera yüksəlişi imkanı;
  • Korporativ mobil nömrə;

Maraqlanan namizədlər cv-lərini mövzu hissəsində “İnsan resursları üzrə menecer” qeyd etməklə hr@superfon.az elektron poçt ünvanına göndərərək müraciət edə bilərlər.