Баку
Bos Şelf MMC-yə mobil kran operatorları tələb olunur.
Vəzifə öhdəliyi:
BOS Shelfin KSƏTƏM sistemi və siyasətini anlamalı və tabe olmalıdır;
Birbaşa rəisin təlimatlarına ciddi riayyət etməlidir;
Operator xüsusilə cavabdehdir: kranın yük cədvəli ilə tanış olmalı, istənilən bir problem, məsələn aparatın ümumi baxış və ya təmirə ehtiyacı olması barədə sahibkarı məlumatlandırmalı, sahədə kranla bağlı aparılan bütün yoxlanış, təmir və ya digər işlərin nəticələrini qeydiyyat jurnalında qeyd etməli və ya məruzə etməlidir;
Kran, qaldırıcı kəndir və ya yük ilə elektrik xətti arasındakı məsafə qanunvericilik ilə nəzərdə tutulduğundan çox olarsa, operator işi dayandırmalıdır;
Həyata keçirilməsi nəzərdə tutulan əməliyyat və müvafiq tələblər barədə ərazi nəzarətçisi ilə müzakirə aparmalıdır;
Yük cədvəlini yoxlayaraq, kranın hər bir qaldırma əməliyyatı üçün kifayət qədər qaldırma gücünə malik olmasını təmin etməlidir;
Yük cədvəlinə müvafiq olaraq istehsalçının əməliyyata dair göstərişlərinə əməl etməlidir.
əməliyyata dair göstərişlərinə əməl etməlidir.
İşarəverən ilə əlaqə saxlamalıdır;
Əməliyyat zamanı köməkçinin təhlükəsiz yerdə olmasını təmin etməlidir;
Səliqəli, nəzarət altında və təhlükəsiz işləməlidir.
Namizədlərə olan tələblər:
Fövqaladə hallar nazirliyinin müvafiq sertifikatı.
Müvafiq qurumlar tərəfindən tanınan, beynəlxalq standartlara və akkreditasiyalara uyğun olan təlim mərkəzləri tərifindən verilmiş, qüvvədə olan sertifikat (LEEA, AITT və s.).
Müvafiq iş təcrübəsi.
Uyğun namizədlərin anket formalarını mövzü hissədə mobil kran operatoru yazmaqla hr@bos-shelf.com ünvanına göndərmələri xahiş olunur.
| Позиция | Работодатель | Период |
|---|---|---|
| SAFETY OFFICER | BOS SHELF LLC | 2026-08-21 - 2026-09-21 |
| Qoşucu | BOS SHELF LLC | 2026-08-21 - 2026-09-21 |
| QC INSPECTOR | BOS SHELF LLC | 2026-08-21 - 2026-09-21 |