Nəqliyyat şöbə müdiri
Camal LTD
Период: 2026-04-30 - 2026-05-30
Количество просмотров: 47
Вакансия № 1015420
Город:
Баку
Vəzifə öhdəliyi:
- Nəqliyyat vasitələrinin gündəlik təmir və digər işlərinin təşkili;
- Şöbə əməkdaşlarının işlərinə nəzarət edilməsi;
- Müştərilərə və anbarlar arası yük daşımalarının vaxtı-vaxtında çatdırılmasının təşkili;
- Şöbəyə məxsus sənədləşmə işinin təşkili və nəzarət edilməsi;
- Bölgələrdə olan nəqliyyat vasitələrinin təmir prosesinin və çıxan çatışmamazlıqların aradan qaldırılmasının təşkili;
- DYP-ilə əlaqəli sənədləşmə işinin təşkili və nəzarət edilməsi;
- Şöbəyə aid sifarişlərin yoxlanılıb araşdırıldıqdan sonra təsdiq və ya sifarişin ləğv prosesinin icra edilməsi;
- Təmir sahəsinə və ustaların işinə nəzarət edilməsi;
- Aylıq nəqliyyat vasitələri üzrə təmir planlarının tərtib olunması;
- Aylıq nəqliyyat vasitələrinin yanacaqlarının istifadəsinə nəzarət (normativə uyğun yanacaq silinmələri);
- Yeni işə cəlb olunan şöbə əməkdaşları ilə söhbət etmək və vəzifə təlimatlarının onlara izah edilməsi;
- Sürücülərin məzuniyyət ardıcıllığının təşkilinə nəzarət edilməsi;
- Sığorta məsələləri ilə əlaqədar bütün proseslərə nəzarət edilməsi;
- İşin təhlükəsiz təşkil edilməsinə nəzarət edilməsi;
- İş prosesi ilə bağlı məlumatları mütəmadi birbaşa rəhbərliyə bildirilməsi və hesabatların tərtib edilməsi.
Vəzifə səriştələri:
- Məsuliyyətlilik və Nəticə yönümlülük
- Problemləri həll etmə və Risklərin idarəedilməsi
- Planlama və Təşkilatçılıq
- Stresə davamlı.
Namizədə tələblər:
- Təhsil: Ali təhsil
- İş təcrübəsi: Nəqliyyat sahəsinə nəzarət üzrə ən azı 5-10 il
- Dil bilikləri: Azərbaycan dili (əla)
- Ezamiyyət tələbləri: Ezamiyyətə çıxa bilməlidir.
İş qrafiki:
- 6 günlük qrafik
- Nahar ilə təmin edilmə
- Telefon danışıq limiti
- Əmək haqqı razılaşma yolu ilə.
İş yeri: Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsi, döngə 9/21D
Tələblərə cavab verən namizədlər öz CV-lərini “Nəqliyyat şöbə müdiri” başlığı ilə hr@iceland.az düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər
Другие вакансии в этой категории
Tренинги и семинары в этой категории
| Тренинг и семинар | Работодатель | Период |
|---|---|---|
| Peşəkar komplayens işçisi | İnternational Consulting Company | 2026-04-17 - 2026-05-23 |





