Mühasib - operator
Camal LTD Период: 2026-11-16 - 2026-12-16
Количество просмотров: 80 Вакансия № 1015961
Город:

Баку


Vəzifə öhdəlikləri:

  • Anbardan çıxan malların müvafiq sənədlər əsasında 1C proqramına işlənməsi;
  • Malların mədaxil və məxaric əməliyyatlarının sistemdə qeydiyyatının aparılması;
  • Məhsulların satışa, digər şöbələrə və filiallara təhvil verilməsi əməliyyatlarının rəsmiləşdirilməsi;
  • Anbar qalıqlarına nəzarət edilməsi və sistem məlumatlarının faktiki göstəricilərlə üzləşdirilməsi;
  • Məhsulların hərəkəti üzrə müvafiq hesabatların hazırlanması;
  • Anbar sənədlərinin düzgünlüyünün yoxlanılması və arxivləşdirilməsi;
  • Gündəlik əməliyyatlar üzrə rəhbərliyə hesabatların təqdim edilməsi.

Namizədə tələblər:

  • Müvafiq sahə üzrə ali və ya orta ixtisas təhsili;
  • Mühasibatlıq və ya anbar uçotu sahəsində iş təcrübəsinin olması mütləqdir.
  • 1C proqramı ilə işləmək bacarığı;
  • MS Excel proqramını yaxşı səviyyədə bilmək;
  • İlkin mühasibat sənədləri və anbar uçotu haqqında məlumatlı olmaq;
  • Diqqətli, məsuliyyətli və operativ olmaq;
  • Komandada işləmək bacarığı.

İş şəraiti:

  • İş qrafiki: 1 - 6 günlər
  • Əmək haqqı: 900 net
  • İş yeri: Bakı şəhəri, Sulutəpə qəsəbəsi,R.Allahverdiyev küçəsi,döngə 9/21D
  • Nahar və korporativ nömrə şirkət tərəfindən təmin olunur.

Careers@iceland.az elektron poçt ünvanına mövzu hissədə vəzifə adını – “Mühasib operator” yazmaqla müraciət edilir.


Другие вакансии этого работодателя
Позиция Работодатель Период
Rekruter Camal LTD 2026-10-30 - 2026-11-30