Баку
Titan Group komandası yerli və xarici satınalma, eləcə də logistika sahəsində təcrübəli, analitik düşüncəyə və güclü danışıqlar aparmaq bacarığına malik kişi namizədləri işə dəvət edir. Namizəd satınalma və logistika proseslərinin effektiv idarə edilməsi, yerli və xarici təchizatçılarla əməkdaşlığın qurulması, malların beynəlxalq daşınmasının təşkili və təchizat proseslərinin vaxtında, keyfiyyətli və sərfəli şərtlərlə həyata keçirilməsinə cavabdeh olacaq.
Əsas vəzifə və öhdəliklər:
- Yerli və xarici satınalma proseslərinin təşkili və idarə edilməsi;
- Daxili və beynəlxalq bazar araşdırmalarının aparılması, uyğun təchizatçıların seçilməsi;
- Xarici təchizatçılarla əlaqələrin qurulması, işgüzar yazışmaların və danışıqların aparılması;
- Yerli və xarici təchizatçılardan kommersiya təkliflərinin alınması, təhlili və müqayisə edilməsi;
- Qiymət, ödəniş və çatdırılma şərtləri üzrə danışıqların aparılması;
- Xarici satınalmalar üzrə sifarişlərin yerləşdirilməsi və icrasına nəzarət edilməsi;
- Beynəlxalq logistika və daşınma proseslərinin təşkili və koordinasiyası;
- Yüklərin daşınması, çatdırılma müddətləri və nəqliyyat xərclərinin optimallaşdırılması;
- İdxal, gömrük rəsmiləşdirilməsi və müvafiq sənədləşmə proseslərinin izlənilməsi;
- Beynəlxalq çatdırılma şərtlərinin (Incoterms) tətbiqi və nəzarətdə saxlanılması;
- Müqavilələrin və sifarişlərin hazırlanmasına nəzarət edilməsi;
- Malların vaxtında, tələb olunan keyfiyyətdə və sərfəli şərtlərlə təmin olunmasının təşkili;
- Satınalma və logistika üzrə hesabatların hazırlanması.
Namizədə dair tələblər:
- Ali təhsil;
- Satınalma və logistika sahəsində 3–5 il müvafiq iş təcrübəsi;
- Xarici satınalma və beynəlxalq logistika sahəsində praktiki təcrübə;
- Xarici təchizatçılarla işgüzar yazışma və danışıqlar aparmaq bacarığı;
- İngilis dili biliyi (xarici təchizatçılarla ünsiyyət və yazışmalar üçün);
- İdxal, gömrük prosedurları və beynəlxalq daşınma qaydaları haqqında məlumatlı olmaq;
- Incoterms beynəlxalq ticarət şərtlərini bilmək;
- MS Office proqramlarını, xüsusilə Excel-i yaxşı səviyyədə bilmək;
- Analitik düşünmə və kommersiya təkliflərini təhlil etmək bacarığı;
- Planlaşdırma, koordinasiya və problem həll etmə bacarığı;
- Məsuliyyətlilik, dəqiqlik və operativlik;
- Komanda ilə işləmək bacarığı;
- Kişi namizədlər.
- İş təcrübəsi: 3–5 il;
İş şərtləri:
- Əmək haqqı: 1200–1500 AZN;
- İş istiqaməti: Yerli və xarici satınalma, beynəlxalq logistika;
- Peşəkar inkişaf və təcrübəyə uyğun iş mühiti.
- Nahar: Şirkət tərəfindən təmin olunur;
- Servis: Yeni suraxanı dairəsi və Binə qəsəbəsindən mövcuddur.
İş qrafiki və ünvan:
- İş qrafiki: Həftəiçi 5 gün, 09:00–18:00;
- İş ünvanı: Binə qəsəbəsi.
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini cv@titan.az elektron poçt ünvanına göndərə bilərlər. Müraciət zamanı elektron məktubun mövzu hissəsində aşağıdakı qeydiyyat formasından istifadə edilməsi xahiş olunur: “Satınalma və Logistika Mütəxəssisi”