Virtual Müştəri Xidmətləri departamentində Korporativ Dəstək şöbəsi üzrə Kiçik Mütəxəssis
Paşa Bank Период: 2025-10-21 - 2025-11-15
Количество просмотров: 104 Вакансия № 1014797
Город:

Баку


İşin təsviri:

  • Korporativ müştərilərindən daxil olan əməliyyat sorğularının vaxtında və düzgün icra edilməsi;
  • Müvafiq daxili və xarici qayda və prosedurlara uyğun olaraq bütün növ müştəri əməliyyatları zamanı daxili və xarici müştərilərə dəstəyin göstərilməsi;
  • Xarici və daxili müştəri ilə müsbət münasibətlərin saxlanılması və onların tam məmnunluğu və gözləntiləri üçün peşəkar addımların atılması;
  • Şikayətlərin/təkliflərin və ya texniki çətinliklərin qeydiyyatı, onların gedişatının monitorinqi və müştərilərə vaxtında cavab verilməsi;
  • Müştəri məmnuniyyətinin təmin edilməsi və əsaslandırılmış müştəri şikayətləri üzrə çevik və uyğun tədbirlərin vaxtında görülməsi;
  • Müvafiq daxili və normativ qaydalara uyğun olaraq şöbədə bütün funksiyaların icra edilməsi;
  • Bank tərəfindən işçinin qarşısına qoyulan və işçi tərəfindən qəbul edilən yarım illik və illik hədəflərə çatılması;
  • Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqların icrası

Tələblər:

  • Təhsil səviyyəsi və istiqaməti: İqtisadiyyat və buna uyğun digər sahə üzrə bakalavr təhsili
  • İş təcrübəsi (il və/və ya sahə olaraq): müvafiq sahə üzrə minimum 0-1 il 
  • Texniki səriştələr: Daxili siyasət və proseduralar, məhsul barədə məlumatlılıq, müvafiq qanunvericilik bilikləri, qeyri-kredit bankçılıq xidmətləri, korporativ bankçılıq məhsulları
  • Dil bilikləri: İngilis dili (orta səviyyədə), Rus dili (yüksək), Azərbaycan dili (yüksək səviyyədə)
  • Kompüter bilikləri: Microsoft 365 (Excel, Word, Teams), Outlook, Flex Cube
  • Digər: Güclü ünsiyyət bacarığı, münaqişələrin həlli bacarığı, innovativ düşünmə və özünü inkişaf etdirmək bacarığı, təşəbbüskarlıq, komandada işləmə bacarıqları, qərarvermə, analitik düşünmə, koçinq bacarığı, başqalarını istiqamətləndirmək

    Müraciət et

Tренинги и семинары в этой категории
Тренинг и семинар Работодатель Период
Certified Bank Master (CBM) İnternational Consulting Company 2025-07-04 - 2025-11-01