1C və Mühasibatlıq üzrə Təlimçi
Barattson Müddət: 2026-02-17 - 2026-03-17
Baxış sayı: 48 Vakansiya № 1015233
Şəhər:

Bakı


BARATTSON MMC- 2014-cü ildə peşəkar təhsil təminatçısı kimi öz fəaliyyətinə başlayaraq, peşəkarları beynəlxalq mühasibat  maliyyə ixtisası üzrə imtahanlara hazırlayır, kiçik  orta ölçülü müəssisələrin rəhbər  işçi heyətinə, ehtiyaclarına uyğun konsultasiya  təlim verərək onların qabiliyyət  səriştələrinin artırmalarına kömək edir. Barattson həmçinin ingilis dilinin tədrisi  standartlaşdırılmış dil  fənn imtahanları üzrə ixtisaslaşmışdır.  
 

Barattson MMC 1C və Mühasibatlıq üzrə Təlimçi üzrə vakansiya elan edir:
 

Əsas vəzifə öhdəlikləri:

Təlim mövzularının müəyyənləşdirilməsi;

Təlim mövzuları üzrə təlim materiallarının hazırlanması;

Təlim planı, tapşırıqlar və imtahan sualları hazırlamaq;

Tədris prosesinin aparılması;

Müasir təlim metodlarından istifadə;

Dərs keçəcəyi proqramla kurs iştirakçılarını təmin etmək.

 

Əsas tələblər:

Ali təhsil (Mühasibatlıq üzrə);

Mühasibatlıq sahəsində minimum 2-5 il iş təcrübəsi;

Mühasibatlıq sahəsində təlimçi kimi iş təcrübəsi olan namizədlərə üstünlük verilir;

Müvafiq sertifikatların (1C) olması vacibdir;

Mühasibatlıq və Maliyyə üzrə Sertifikatlarının olması üstünlükdür;

1C 8.3 versiyası ilə işləmək bacarığı;

Məsuliyyətli,düzgün dəqiq;

Yüksək nitq qabiliyyəti.
 

Biz nə vəd edirik?

Peşəkar inkişaf imkanı – daxili və xarici təlimlərdə iştirak, şəxsi və karyera inkişafı üçün dəstək;

Rahat və müasir iş mühiti;

Komanda birliyini gücləndirən motivasiyaedici korporativ tədbirlər;

Ailə üzvlərinə təlimlərdən endirimli istifadə haqqı.
 

Xidmət haqqı: Razılaşma yolu ilə.

Namizədlərdən CV formaların  vacancy@barattson.com email ünvanına, mövzu hissədə mütləq vəzifənin adı “1C Təlimçi” qeyd olunmaqla göndərməkləri xahiş olunur.