Mühasib - operator
Camal LTD
Müddət: 2026-11-16 - 2026-12-16
Baxış sayı: 80
Vakansiya № 1015961
Şəhər:
Bakı
Vəzifə öhdəlikləri:
- Anbardan çıxan malların müvafiq sənədlər əsasında 1C proqramına işlənməsi;
- Malların mədaxil və məxaric əməliyyatlarının sistemdə qeydiyyatının aparılması;
- Məhsulların satışa, digər şöbələrə və filiallara təhvil verilməsi əməliyyatlarının rəsmiləşdirilməsi;
- Anbar qalıqlarına nəzarət edilməsi və sistem məlumatlarının faktiki göstəricilərlə üzləşdirilməsi;
- Məhsulların hərəkəti üzrə müvafiq hesabatların hazırlanması;
- Anbar sənədlərinin düzgünlüyünün yoxlanılması və arxivləşdirilməsi;
- Gündəlik əməliyyatlar üzrə rəhbərliyə hesabatların təqdim edilməsi.
Namizədə tələblər:
- Müvafiq sahə üzrə ali və ya orta ixtisas təhsili;
- Mühasibatlıq və ya anbar uçotu sahəsində iş təcrübəsinin olması mütləqdir.
- 1C proqramı ilə işləmək bacarığı;
- MS Excel proqramını yaxşı səviyyədə bilmək;
- İlkin mühasibat sənədləri və anbar uçotu haqqında məlumatlı olmaq;
- Diqqətli, məsuliyyətli və operativ olmaq;
- Komandada işləmək bacarığı.
İş şəraiti:
- İş qrafiki: 1 - 6 günlər
- Əmək haqqı: 900 net
- İş yeri: Bakı şəhəri, Sulutəpə qəsəbəsi,R.Allahverdiyev küçəsi,döngə 9/21D
- Nahar və korporativ nömrə şirkət tərəfindən təmin olunur.
Careers@iceland.az elektron poçt ünvanına mövzu hissədə vəzifə adını – “Mühasib operator” yazmaqla müraciət edilir.
Bu kateqoriyada digər vakansiyalar
Bu şirkətin digər vakansiyaları
| Vəzifə | Şirkət | Müddət |
|---|---|---|
| Rekruter | Camal LTD | 2026-10-30 - 2026-11-30 |