Əmək haqqı üzrə mühasib
Zəhmət-Ruzi MMC Müddət: 2026-05-20 - 2026-06-20
Baxış sayı: 83 Vakansiya № 1015458
Şəhər:

Bakı


Əsas tələblər:

  • Ali təhsil (iqtisadiyyat, idarəetmə və ya müvafiq sahə üzrə);
  • Müvafiq sahə üzrə ən azı 2 il iş təcrübəsi;
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsini, maliyyə və mühasibatlıq ilə bağlı yerli qanunvericiliyi yaxşı səviyyədə bilmək;
  • Yüksək səviyyədə kompüter bacarıqları (xüsusilə Excel, Word), 1C (Mikro ERP üstünlükdür);
  • Komandada işləmək bacarığı;
  • Analitik düşüncə qabiliyyəti;
  • Operativlik, çevik qərarvermə və vaxtdan düzgün istifadə bacarığı;
  • MHBS PMS, F3, sertifikatlarının olması üstünlükdür.
  • Azərbaycan dili – sərbəst, rus və ingilis dili bilikləri üstünlükdür.

Əsas vəzifə və öhdəliklər:

  • Şirkət əməkdaşlarının aylıq əmək haqqılarının hesablanmasını və vaxtında ödənilməsini təmin etmək;
  • Əmək haqqının verilmə dövrünə uyğun olaraq əmək haqqına dair məlumatların vaxtında və düzgün şəkildə müvafiq proqrama daxil olunmasını təmin etmək;
  • Son haqq-hesab, bütün növ məzuniyyətlərin, xəstəlik vərəqələrinin, mükafat və s. ödənişlərin hesablanması və vaxtında ödənilməsini təmin etmək;
  • Əmək haqqına dair sorğu və sualların cavablandırılmasını həyata keçirmək;
  • DSMF tərəfindən ödənilən müavinətlərin elektron hökumət sistemində işləmək;
  • Əmək haqqı ilə bağlı Vergilər Nazirliyi, DSMF və Dövlət Statistika Komitəsi tərəfindən tələb olunan məlumatları hazırlamaq;
  • Vahid rüblük hesabatın (DSMF) və statistika hesabatlarını tərtib etmək.

Fərdi keyfiyyət göstəriciləri:

  • Diqqətlilik və məsuliyyətlilik;
  • Analitik düşünmə və təhlil bacarığı;
  • Yüksək kommunikasiya və danışıqlar aparmaq qabiliyyəti;
  • Komanda işi bacarığı;
  • Operativ və nəticə yönümlü olmaq;
  • Planlaşdırma və prioritetləşdirmə bacarığı;
  • Yenilikçi və proaktiv yanaşma.

Təklif etdiyimiz:

  • Motivasiyaedici və dəstəkləyici iş mühiti;
  • Tibbi sığorta;
  • Rahat və stabil iş şəraiti;
  • Nahar təminatı.
  • Korporativ nömrə

İş şəraiti

  • Şöbə: Mühasibatlıq şöbəsi
  • İş rejimi: 09:00–18:00 / 5 günlük iş həftəsi
  • Ünvan: Həsən Əliyev küçəsi 38, Xırdalan, Azərbaycan
  • Əmək haqqı: Müsahibə əsasında.

CV-lərinizi “Əmək haqqı üzrə mühasib” başlığı ilə recruitment@sab.az düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.