Bakı
BARATTSON MMC- 2014-cü ildə peşəkar təhsil təminatçısı kimi öz fəaliyyətinə başlayaraq, peşəkarları beynəlxalq mühasibat və maliyyə ixtisası üzrə imtahanlara hazırlayır, kiçik və orta ölçülü müəssisələrin rəhbər və işçi heyətinə, ehtiyaclarına uyğun konsultasiya və təlim verərək onların qabiliyyət və səriştələrinin artırmalarına kömək edir. Barattson həmçinin ingilis dilinin tədrisi və standartlaşdırılmış dil və fənn imtahanları üzrə ixtisaslaşmışdır.
Barattson MMC Milli Mühasib Sertifikatı üzrə təlimçi:
İş barədə məlumatlar:
Təlim mövzularının müəyyənləşdirilməsi;
Təlim mövzuları üzrə təlim materiallarının hazırlanması;
Tədris prosesinin aparılması;
Sınaq suallarının hazırlanması;
Hibrid formada təlim tədris etməyi bacarmalıdır.
Namizədə tələblər:
Ali iqtisadi təhsil (maliyyə və mühasibat uçotu ixtisası üzrə);
Mühasibatlıq sahəsi üzrə ən az 5 illik iş təcrübəsinin olması vacibdir;
Təlimçilik üzrə ən azı 1 il iş təcrübəsi;
Düzgün nitq və danışıq qabiliyyətinin olması;
Məsuliyyətli,düzgün dəqiq və işini sevən olması;
Maliyyə uçotu, vergi uçotu, idarəetmə və kadr uçotu ilə bağlı dərin biliklərə sahib olmalı;
1C proqramını təlim tədris edəcək dərəcədə bilməli (ticarət, anbar və mühasibatlıq hissəsini).
Qeyd: Təlim proqramı şirkət tərəfindən təqdim olunur.
Biz nə vəd edirik?
Peşəkar inkişaf imkanı – daxili və xarici təlimlərdə iştirak, şəxsi və karyera inkişafı üçün dəstək;
Rahat və müasir iş mühiti;
Komanda birliyini gücləndirən motivasiyaedici korporativ tədbirlər;
Ailə üzvlərinə təlimlərdən endirimli istifadə haqqı.
Təlim qrafiki: Dərslər həftə içi və şənbə günü 19:00-dan etibarən.
Xidmət haqqı: Razılaşma yolu ilə
Namizədlərdən CV formaların vacancy@barattson.com email ünvanına, mövzu hissədə mütləq vəzifənin adı “MMS Təlimçi” qeyd olunmaqla göndərməkləri xahiş olunur.





