Mühasib
AZERMASH
Müddət: 2026-08-03 - 2026-09-03
Baxış sayı: 45
Vakansiya № 1015650
Şəhər:
Bakı
Şirkətimiz peşəkar və məsuliyyətli Mühasib vakansiyası üzrə komanda üzvü axtarır.
Vəzifə öhdəlikləri
- Vergi, DSMF, statistika və digər dövlət hesabatlarının hazırlanması və təqdim edilməsi;
- Daxil olan ilkin mühasibat sənədlərinin yoxlanılması, üzləşdirilməsi və 1C sisteminə işlənməsinə nəzarət;
- Maliyyə hesabatlarının hazırlanması və rəhbərliyə təqdim edilməsi;
- 1C 8.3 proqramında mühasibat əməliyyatlarının aparılması;
- e-gov.az, e-taxes.gov.az və digər elektron dövlət portallarında əməliyyatların icrası;
- Pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin uçotunun düzgün aparılmasını təmin etmək;
- Müqavilə və obyekt kodlarının alınması;
- Əmək haqqı hesablamaları ilə bağlı məlumatların hazırlanması və əmək haqqı fonduna nəzarət;
- Mühasibat sənədlərinin saxlanılması və arxivləşdirilməsinin təşkil edilməsi;
- İnventarizasiyaların keçirilməsində iştirak və nəzarət;
- Rəhbərlik tərəfindən verilən mühasibatlıqla bağlı digər tapşırıqların yerinə yetirilməsi.
Namizədə tələblər
- Maliyyə, mühasibatlıq və ya iqtisadiyyat üzrə ali təhsil;
- Müvafiq sahədə minimum 2–3 il iş təcrübəsi;
- 1C 8.3 proqramını yüksək səviyyədə bilməli;
- MS Office proqramlarında, xüsusilə Excel-də sərbəst işləmək bacarığı;
- Vergi və əmək qanunvericiliyi üzrə biliklər;
- Analitik düşünmə, məsuliyyətlilik, dəqiqlik və müstəqil işləmək bacarığı;
- Rus dili biliyi arzuolunandır;
- ACCA (F3, F7 və s.) və ya digər beynəlxalq mühasibat sertifikatlarının olması üstünlükdür;
- Cins: Qadın.
İş şəraiti
- İş qrafiki: Bazar ertəsi–Cümə, 09:00–18:00;
- İş yeri: Tbilisi prospekti;
- Əmək haqqı: 1 000 AZN;
- Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmi əmək müqaviləsi.
Tələblərə uyğun namizədlərdən CV-lərini vakansiyanın yerləşdirildiyi platformada "hr@azermash.com.az" elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Bu kateqoriyada digər vakansiyalar



