HR-rekruter
Radius Təkər Mərkəzi
Müddət: 2026-08-03 - 2026-09-03
Baxış sayı: 45
Vakansiya № 1015648
Şəhər:
Bakı
Tələblər:
- Cins: qadın
- Yaş həddi: 20-35 yaş
- Ali təhsil
- Oxşar vəzifə üzrə 2 il iş təcrübəsi
- MS Office
- Dil bilikləri: Azərbaycan və Rus dilləri səlis (İngilis dilini bilənlərə üstünlük veriləcək)
- Əmək qanunvericiliyi;
- İşgüzar yazışmalar, ünsiyyət etiketi və danışıqlar üzrə bilik və bacarıqlar;
- Şəxsi keyfiyyətlər: intizamlı, məsuliyyətli, punktual, diqqətli, ünsiyyətcil və çalışqan
Öhdəliklər:
- Şirkətin işçi tələbatına uyğun vakansiyaların idarə olunması;
- Vakansiyaların müxtəlif iş portallarında və sosial platformalarda yerləşdirilməsi;
- CV-lərin təhlili və uyğun namizədlərin seçilməsi;
- Telefon müsahibələrinin və üzbəüz müsahibələrin təşkili və keçirilməsi;
- Müsahibə nəticələrinin qiymətləndirilməsi və rəhbərliyə təqdim edilməsi;
- İşə qəbul prosesinin tam koordinasiyası;
- İşə qəbul və sınaq müddəti prosesinə nəzarət;
- Əmək müqavilələri, əmrlər, ərizələr, təhvil-təslim aktları və digər HR sənədlərinin hazırlanması;
- İşçilərin şəxsi işlərinin formalaşdırılması və arxivləşdirilməsi;
- Məzuniyyət qrafikinin hazırlanması və məzuniyyət prosesinin idarə olunması;
- Ezamiyyət sənədlərinin hazırlanması və qeydiyyatının aparılması;
- Vəzifə təlimatlarının hazırlanması və yenilənməsi;
- HR hesabatlarının hazırlanması və rəhbərliyə təqdim edilməsi.
İş şəraiti:
- İş saatı : 09:00-18:00
- İş rejimi: Həftənin 6 günü; istirahet günü - bazar
- İş yeri: Babək pr., M.H.Kazımov küç., 8
- Sabit əmək haqqı 700-800 AZN
- Əmək münasibətləri: rəsmi əmək müqaviləsi əsasında
- Nahar şirkət tərəfindən qarşılanır
- Şirkət: Radius Təkər Mərkəzi.
Maraqlanan namizədlər CV-ni “HR - rekruter” mövzusu ilə hr@radius.az elektron poçt ünvanına göndərə bilərlər.
Bu kateqoriyada digər vakansiyalar



