HR-rekruter
Radius Təkər Mərkəzi Период: 2026-08-03 - 2026-09-03
Количество просмотров: 50 Вакансия № 1015648
Город:

Баку


Tələblər:

  • Cins: qadın
  • Yaş həddi: 20-35 yaş
  • Ali təhsil
  • Oxşar vəzifə üzrə 2 il iş təcrübəsi
  • MS Office
  • Dil bilikləri: Azərbaycan və Rus dilləri səlis (İngilis dilini bilənlərə üstünlük veriləcək)
  • Əmək qanunvericiliyi;
  • İşgüzar yazışmalar, ünsiyyət etiketi və danışıqlar üzrə bilik və bacarıqlar;
  • Şəxsi keyfiyyətlər: intizamlı, məsuliyyətli, punktual, diqqətli, ünsiyyətcil və çalışqan

Öhdəliklər:

  • Şirkətin işçi tələbatına uyğun vakansiyaların idarə olunması;
  • Vakansiyaların müxtəlif iş portallarında və sosial platformalarda yerləşdirilməsi;
  • CV-lərin təhlili və uyğun namizədlərin seçilməsi;
  • Telefon müsahibələrinin və üzbəüz müsahibələrin təşkili və keçirilməsi;
  • Müsahibə nəticələrinin qiymətləndirilməsi və rəhbərliyə təqdim edilməsi;
  • İşə qəbul prosesinin tam koordinasiyası;
  • İşə qəbul və sınaq müddəti prosesinə nəzarət;
  • Əmək müqavilələri, əmrlər, ərizələr, təhvil-təslim aktları və digər HR sənədlərinin hazırlanması;
  • İşçilərin şəxsi işlərinin formalaşdırılması və arxivləşdirilməsi;
  • Məzuniyyət qrafikinin hazırlanması və məzuniyyət prosesinin idarə olunması;
  • Ezamiyyət sənədlərinin hazırlanması və qeydiyyatının aparılması;
  • Vəzifə təlimatlarının hazırlanması və yenilənməsi;
  • HR hesabatlarının hazırlanması və rəhbərliyə təqdim edilməsi.

İş şəraiti:

  • İş saatı : 09:00-18:00
  • İş rejimi: Həftənin 6 günü; istirahet günü - bazar
  • İş yeri: Babək pr., M.H.Kazımov küç., 8
  • Sabit əmək haqqı 700-800 AZN
  • Əmək münasibətləri: rəsmi əmək müqaviləsi əsasında
  • Nahar şirkət tərəfindən qarşılanır
  • Şirkət: Radius Təkər Mərkəzi.

Maraqlanan namizədlər CV-ni “HR - rekruter” mövzusu ilə hr@radius.az elektron poçt ünvanına göndərə bilərlər.